Yenizaman.az-ın redaksiyasına Bakının Keşlə və NZS sakinlərinin şikayət məktubu daxil olub.

Çoxsaylı vətəndaşların narazılığına səbəb 49 saylı marşrutun əvvəlkindən fərqli olaraq 28 May metrosunun yaxınlığına gəlməsinin qarşısının alınmasıdır. 

Sakinlər qeyd ediblər ki, marşrut avtobusunun Qara Şəhərə qədər gəlib buradan qayıtması əhaliyə həm vaxt, həm də maddiyyat problemləri yaradıb. Belə ki, hazırda bu səbəbdən Babək prospektindən şəhərə gəlmək üçün iki-üç marşrutun dəyişilməsinə ehtiyac yaranır ki, bu da xüsusilə yaşlı sakinlər, aztəminatlı ailələr, tələbələr üçün çox ciddi problemlərin yaranmasına səbəb olur.

Redaksiyamıza üz tutan sakinlər bu ciddi narahatçılığın Nəqliyyat Departamentinə və digər aidiyyatı qurumlara çatdırılmasını istəyirlər. Onlar problemin həll olunmayacağı təqdirdə ölkə rəhbərliyinə şikayət edəcəklərini qeyd ediblər.
P.S. Məsələ ilə əlaqədar səlahiyyətli qurumların hərəkətə gələcəyinə inanmaqla, onların 49 saylı avtobus marşrutunun yolunun yarıda kəsilməsi ilə bağlı arqumentlərini də dinləməyə hazırıq.
.