Türkiyə Avropanın ksenofobiya və islamofobiya kimi dağıdıcı ideyalarla siyasi cəhətdən zəhərlənməsinə qarşıdır.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Estoniya Prezidenti Alar Karislə görüşündə deyib.

Onun sözlərinə görə, Türkiyə bunun üçün Avropa ilə yaxından əməkdaşlıq edir.

N.Kurtulmuş həmçinin qeyd edib ki, Türkiyə Avropa İttifaqının ikili standartlarını qəbul etmir: “Biz bunu bütün platformalarda ifadə edirik. Avropanın təhlükəsizlik və əməkdaşlığa ehtiyacı var. Artıq üçüncü ilində olduğumuz Rusiya-Ukrayna müharibəsi də bunu göstərir. Türkiyə Rusiya ilə Ukrayna arasında davam edən müharibənin ədalətli şəkildə başa çatmasının tərəfdarıdır”.

.