Novxanı yolunda qeydə alınan yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis mayoru Araz Əsgərli Novoye-Vremya.com-a bildirib ki, hadisə dünən baş verib:
“Binəqədi rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində beş avtomobil toqquşub. Hadisə nəticəsində beş avtomobilə maddi ziyan dəyib”.
10:18
Ötən gün Abşeron rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Novoye-vremya.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Novxanı yolunda beş avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.
.