Ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi iki əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır.
Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Twitter səhifəsində yazıb. N. Məmmədovun yazdığına görə, maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər: "Yəqin ki, bir necə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”.

.