"Mən dünya dövlətlərindən ədalətli qərar gözləyirəm”. "Report” xəbər verir ki, bunu Azərbyacan Prezidenti Adminstrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Qlobal Bakı Forumunun "Miqrasiya, multikulturalizim və inteqrasiya” adlı panelində çıxışı zamanı bildirib.
N.Məmmədov qeyd edib ki, biz münaqişələrdən danışırıqsa bizim üçün ən vacib problem Qarabağ məsələsidir: "Biz indiki vəziyyətdən çıxış yolunu tapmalıyıq. Ötən əsrin 90-cı illərində SSSR və Varşava müqaviləsi dağılandan sonra dünyada yeni mərhələ başladı. Nə qdədər çətin olsa da səyləri ortaya qoymaqla uğurlu nəticələrə əldə edə bilərik. Azərbaycan 25 il ərzində sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir dövlət ola bilib. Ermənisatan Azərbaycan dağlıq Qarabağ münaqişələrlə bağlı mən çox təəssüf edirəm ki, Foruma bu mövzu daxil edilməyib. Biz münaqişələrdən danışırıqsa bizim üçün ən vacib problem Qarabağ məsələsidir. Müxtəlif mədəniyyətlər arasındakı qlobal görüşlər çoxqütüblü dünyanın məhsulu deyil. Bu, Qərb yüksəlişinin tənəzzülü, eyni zamanda cəmiyyətlər arasında qlobal səviyyənin yüksəlişi kimi qəbul olunur.”.
Qeyd edək ki, İtaliya prezidentinin diplomatik məsələlər üzrə müşaviri Antonio Zanardi Landinin maderatoru olduğu panel iclasında Azərbycan Respublikası Prezidenti Adminstrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, İtaliya senatının vitse-prezidenti Linda Lanzilotta, "Exxon Mobile” Şirkətinin sabiq baş vitse-prezidenti Jean Baderşnayder, Ekvadorun sabiq prezidenti Rosalia Arteaqa Serranno, Almaniyanın sabiq baş naziri Lothar de Maiziere, Albaniyanın sabiq prezidenti Rexhep Meidani iştirak edib.
Panel iclasında multikulturalizm və inteqrasiya məsələsinə geniş yer verilib və multikulturalizm qarşısında duran maneələr müzakirə olunub. Qeyd olunub ki, dünya əhalisinin 44 milyonu miqrant hesab olunur: "Bu çox böyük rəqəmdir. Miqrantların sayının çoxluğu isə dinlər və mədəniyətlərlə bağlı çoxlu çətinliklər ortaya çıxarıb. Qeyri-qanuni miqrasiya problemini həll etmək üçün tədbirlər görülməlidir. Avropada istifadə olunan yanaşma effektiv deyil və buna görə də yeni yanaşmaya keçmək lazımdır”.
.
