Millət vəkili Novruz Aslanov aprel ayının 18-də İsmayıllı rayonuna səfər edərək Sumağallı və İstisu kəndlərində seçicilərini qəbul edib. Müxtəlif məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Sosial məsələlər ilə bağlı müraciətlərlə yanaşı digər məsələlərə də baxılıb. Seçicilərin qaldırdığı bir neçə məsələ barədə əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib. Bəzi məsələlərin həllinə dair yerində müvafiq addımlar atılıb.

Ənənəvi olaraq sakinlərə dəstək məqsədilə müvafiq yardımların ediləcəyi nəzərdə tutulub.











.