Rusiyanın "Transneft" neft-qaz şirkəti bu gün Novorossiysk limanından neft məhsullarının nəqlini dayandırıb.

"APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bunu şirkətin rəsmi nümayəndəsi İqor Demin deyib.
 
Onun sözlərinə görə, nəqlin dayandırılmasına səbəb şimşəyin çaxması olub: "Bu gün Novorossiyskdə səhər saatlarında şimşək çaxması səbəbindən iki tankerin yüklənməsi dayandırılıb. İşlər günortadan sonra bərpa ediləcək. Nəqlin müvəqqəti dayandırılması  işlərin qrafikinə təsir etməyəcək".
 
Xatırladaq ki, Novorossiysk limanına Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan nefti də nəql olunur.
.