Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.
Yenizaman xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblərin təsdiqlənməsi zamanı məlumat verib.
Bildirilib ki, seçki bülletenlərində namizədlərin ad və soyadları əlifba sırası ilə yerləşdiriləcək: "Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir".
Qərar səsverməyə qoyularaq qəbul edilib.
.