
Norveç hökumətinin təklif etdiyi qanunvericiliyə müvafiq olaraq yeddi yaşından sonra uşaqlara cinsini dəyişmək üçün icazə veriləcək.
"Bu, Norveçin digər ölkələrdən illərlə geridə qaldığı vacib aspektdir. Biz fəxr edə bilərik, bu qanun bizdə də tətbiq ediləcək”, - deyə səhiyyə naziri Bent Heye bildirib.
Bu ilin aprel ayına qədər Norveç bütün arzu edənlər üçün cinsini dəyişmək üzrə əməliyyatlara inad edirdi, amma transseksualları müdafiə edən aktivistlər, bu təşəbbüsə insan haqlarının pozulması kimi baxırlar.
Bent Heye bəyan edib ki, yeddi yaşından 16 yaşına qədər uşaqlar valideynləri ilə məsləhətləşdikdən sonra cinslərini dəyişməlidirlər.
"Bu təklif tarixidir, belə ki, insan özü cinsini dəyişməyi özü həll edəcək”, - nazir bəyan edib.(oxu.az)