"Normand dördlüyü” Minsk razılaşmalarının həyata keçirilməsi prosesini sürətləndirməyə çağırıb.
TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının saytı məlumat yayıb.
Məlumata əsasən, mayın 29-da Fransa, Almaniya və Rusiya liderləri Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Qeyd olunur ki, "Normand formatı”nda növbəti görüş iyunun 10-da Parisdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.
