
Bakıda işdən çıxarılaraq sərəncama göndərilən polis zabitlərindən biri yenidən daxili işlər orqanlarına qaytarılıb.
"Report"un məlumatına görə, Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsinin (PB) keçmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev yeni vəzifəyə təyin olunub.
Müvafiq əmrə əsasən, M.Rzayev Səbayel RPİ-nin 9-cu bölməsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Nizami RPİ 24-cü Polis Bölməsinin iki əməkdaşı işdən çıxarılıb. PB-nin keşmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilmişdi.