
Nobel Sülh mükafatının laureatı məlum olub.
Yenizaman “Nobelprize.org”a istinadən xəbər verir ki, Norveç Nobel Komitəsi 2025-ci il Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib.
O, bu mükafata niyə layiq görülüb?
O, bu mükafata "Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə" görə layiq görülüb.
Maria Korina Maçado kimdir?
Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisidir. O, 7 oktyabr 1967-ci ildə Karakasda anadan olub. Maçado liberal-demokrat dəyərləri müdafiə edir və uzun illərdir Venesuelada rejimə qarşı mübarizə aparan əsas simalardan biridir. O, “Vente Venezuela” adlı müxalif siyasi hərəkatın qurucusu və lideridir. 2014-cü ildə prezident Nikolas Maduro hökumətinə qarşı etirazlara görə parlament mandatı əlindən alınıb. Maçado beynəlxalq aləmdə demokratiya və insan haqları uğrunda mübarizənin simvolu kimi tanınır.
Bu ilin Nobel Sülh mükafatı harda elan edilib?
Qeyd edək ki, Nobel Sülh Mükafatının qalibi Norveçin Oslо şəhərində yerləşən Norveç Nobel İnstitutunda elan edilib.
2024-cü ildə Nobel Sülh mükafatı hansı təşkilata verilib?
Qeyd edək ki, Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edib. Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də məşhurdur. Hərəkat Sülh üzrə Nobel mükafatına nüvə silahından azad, sülh içində bir dünyanın yaradılması sahəsində göstərdiyi, o cümlədən nüvə silahından bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə layiq görülüb.
.