Nizami rayonu Bəhruz Nuriyev küçəsində yaşayış binalarına qazın verilməsində tez-tez məhdudiyyətlər yaranır. Sakinlər bu barədə dəfələrlə "Azəriqaz” İstehsalat Birliyinə müraciət etsələr də, problem həllini tapmayıb. Bu barədə "Bizim Yol”a Bəhruz Nuriyev küçəsi 52 ünvanında yaşayan Gülnarə Dadaşova bildirib.
"Qazın verilişinin tez-tez dayandırılmasını səbəbi ilə bağlı "Azəriqaz”ın qaynar xətti və rayon idarəsinə zəng edirik. Hər dəfə müraciətimizə eyni cavab verirlər. Onlar fərqli küçədə qəzanın baş verdiyini iddia edirlər. Bəzən abonentlərin müraciətinə kobud şəkildə reaksiya veririlər”,-deyə G.Dadaşova bildirir.
Onun sözlərinə görə, mənzillərə aşağı təzyiqdə qaz verirlər: "Bu barədə də dəfələrlə şikayətimizi bildirmişik. Amma müraciətimizə baxmırlar. Problem hər gün davam edir”.
