Tanınmış jurnalist, "Azadinform” saytının rəhbəri, Mətbuat Şurasının üzvü Niyaz Niftiyevə ağır itki üz verib.

Jurnalistin atası, bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Məmmədəli Niftiyev bir neçə saat əvvəl dünyasını dəyişib.

O doğulduğu Cəlilabad rayonunun Təzəkənd kəndində dəfn olunub.

Mərhumun yas mərasimi aprelin 3-də və 7-də həmin kənddə keçiriləcək.

Allah rəhmət eləsin!
.