Yolların bağlanmasına görə Yerevandakı etiraz akisyasına gecikən aksiyanın lideri, müxalifətçi deputat Nikol Paşinyan tərəfdarlarını yolların bağlanmasını müvəqqəti dayandırmağa çağırıb.

Bu barədə RİA "Novosti" xəbər verir.

Qeyd edək ki, Yerevanda yolların bağlanması üzrə aksiya davam edir və bunun nəticəsində Ermənistan paytaxtının bəzi küçələrində hərəkət dayanıb.

Məhz elə bu səbəbdən N.Paşinyan aksiya başalayana qədər nümayişə qatıla bilməyib. O, "Facebook"dakı videomüraciətində gecikməsini yolların öz müraciəti əsasında bağlanması ilə izah edib.

"Küçələr bağlı olduğundan mitinqə gecikirəm. Üzrlü sayın. Tezliklə orada olacağam", - o deyib. n.pAŞİNYAN, eyni zamanda, etiraz aksiyalarına "taktiki dəyişiklik" edəcəyini bildirib, amma bunun nədən ibarət olacağını açıqlamayıb.
.