Ermənistan müxalifətinin lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkənin baş naziri Serj Sarqsyanın istefasını şərh edib.

Ermənistan KİV-i xəbər verir ki, N.Paşinyan məsələ ilə bağlı "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ermənistan Respublikasının vətəndaşı, sən qazandın. Və indi heç kim bu qələbəni sənin əlindən ala bilməz. Təbrik edirəm", - o yazıb.

Qeyd edək ki, Serj Sarqsyan bu gün Ermənistanın baş naziri vəzifəsindən istefa verib. Minlərlə etirazçının iştirakı ilə keçirilən aksiyaların əsas məqsədi də məhz bu idi.

.