Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində iştirak etmir.

"Sputnik Armenia"ya verdiyi xəbərə görə, bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorqyan deyib.

Mətbuat katibi bildirib ki, Baş nazirin sammitə qatılmamasının səbəbi onun atasının dəfni ilə əlaqədardır.

Qeyd edək ki, Nikol Paşinyanın atası Vova Paşinyan uzun sürən xəstəlikdən sonra dekabrın 16-da vəfat edib.

.