Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kvieni qəbul edib.
Bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-ABŞ əməkdaşlığını müzakirə ediblər. "Baş nazir qeyd edib ki, Ermənistan hökuməti ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesində səylərini və regionda sabitliyin bərqərar olunmasına yönəlmiş addımlarını yüksək qiymətləndirir", məlumatda qeyd olunub.
Tərəflər həmçinin Cənubi Qafqazda vəziyyət, regional infrastrukturların blokdan çıxarılması imkanları, Errmənistan hökumətinin "Sülh kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparıblar.

.