Nigeriya sahillərində dəniz quldurları tərəfindən oğurlanmış "Kaptanoğlu” tankerinin altı Türkiyə dənizçisi azad edilib.
Virtualaz.org xəbər verir ki, bu məlumatı Türkiyənin "Hürriyet” qəzeti yayıb.
Türkiyə dənizçiləri aprelin 11-də oğurlanıblar. Yaraqlılar tankerə təcavüz edərək dənizçiləri, o cümlədən gəminin kapitanını özləri ilə aparmışdılar. Gəmidə qalmış heyət üzvləri tankeri yaxınlıqdakı limana çatdıra bilmişdilər.
Qəzet dənizçilərin azad olunması barədə xəbəri "Kaptanoğlu” tankerinin məxsus olduğu gəmiçilik şirkətinin vəkili Fehmi Ülgünürdən alıb. Mənbənin sözlərinə görə, azad olunmuş bütün heyət üzvlərinin vəziyyəti kafidir.
.