
Müğənni Sevda Yahyayevanın "Hadi ordan” mahnısını Amerikada aranjiman etdirməsi "Eurovision 2011”qalibi Nigar Camal tərəfindən qınanıb.
Axşam.az-ın məlumatına görə, N.Camal bildirib ki, Amerikada yaşayan aranjimançı heç vaxt bizim mahnıları anlaya bilməz. O, Sevdanın bu addımının absurd olduğunu deyib.
S.Yahyayeva isə ANS TV-yə açıqlamasında həmkarının bu sözlərini normal qarşıladığını bildirib:
"Sual Nigar Camala düzgün ünvanlanmadı. Ona deyildi ki, mahnı Amerikada aranjiman edilib. Əslində mahnı Türkiyədə aranjiman olunub. Mahnının son tamamlama işləri Amerikada aparılıb. Nigar Camal maraqlı xanımdır. Gördüyü işlər də zövqlüdür. Çalışır keyfiyyətli layihələr təqdim etsin. Bu onda gözəl alınır”.
.