Niderland Ukraynaya tədarük edilən “F-16” qırıcılarından Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməyə icazə verib.
Yenizaman-ın “ukrinform“a istinadən xəbərinə görə, bu açıqlamanı Niderlandın müdafiə naziri Ruben Brekelmans verib.
O bildirib ki, bu qərar beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla verilib:
“Biz hər zaman Ukraynanın beynəlxalq hüquqa riayət etməli olduğunu demişik. Beynəlxalq hüquq prinsiplərində zəruri hallarda aviazərbələrin endirilməsi məsələsində məsafə faktoru nəzərə alınmayıb. Biz Ukraynaya “F-16” qırıcılarından özünümüdafiə məqsədilə istifadə etməyə, eləcə də Rusiya ərazisindəki aerodromlara zərbələr endirməyə icazə veririk”.
.