
Niderland Ukraynaya hərbi yardım üçün 2 milyard avro ayırıb.
Bu barədə məlumat Krallığın Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilib.
Nazirliyin məlumatına əsasən, Niderlandın Nazirlər Kabineti müvafiq qərarı artıq təsdiqləyib:
“Niderland Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edir. Hökumət 2024-cü ildə Ukraynaya dəstək üçün 2 milyard avrodan çox vəsait ayırıb. Məbləğ əsasən hərbi dəstək üçün nəzərdə tutulub”.
Həmçinin əlavə olunub ki, ayrılan məbləğ yeni silah-sursatın göndərilməsinə, indiyə qədər Kiyevə tədarük edilən silahların və sistemlərin texniki xidmət dəstəyinə sərf ediləcək.
Niderland həm də Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə töhfə vermək istəyir ki, ölkənin vacib infrastrukturu hava hücumlarından müdafiə oluna bilsin.
Niderland gələn il də Ukrayna əsgərlərinin təlimini davam etdirəcək.
Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, Krallıq Ukraynanı dəstəkləməyə davam edir və 2 milyard avro vəsaitin ayrılması ilə nümayiş etdirilir ki, Ukrayna Niderlanda arxalana və güvənə bilər.
.