![](/uploads/img/posts/2024/02/05/2jpg-1707141930.jpg)
Niderland Müdafiə Nazirliyi Ukraynaya çatdırılmaq üçün əlavə 6 ədəd F-16 qırıcı təyyarəsini hazırlayır.
Bu barədə Niderlandın müdafiə naziri Kajsa Ollongren "X" hesabında bildirib.
Nazir qeyd edib ki, bununla da onların ümumi sayı, əvvəllər vəd edilmiş F-16-larla birlikdə 24-ə çatacaq.
"Ukraynanın hava üstünlüyü Rusiyanın təcavüzünə qarşı durmaq üçün vacibdir", - nazir vurğulayıb.
.