Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubundan ayrılmaq istəyir.
31 yaşlı hücumçu yayda Paris təmsilçisi ilə vidalaşmaq niyyətindədir.
Daha əvvəl ölkə çempionunun azarkeşləri klubun ofisinin yaxınlığında etiraz aksiyası keçirərək Lionel Messi, Marko Verratti və Neymarın komandadan göndərilməsini tələb ediblər. Hətta fanatların bəziləri braziliyalı oyunçunun evinə də gedib.
Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniya "Barselona"sından PSJ-yə keçib.
.