İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edib.
Gendelman bu barədə özünün “Telegram” hesabında yazıb.
Onun sözlərinə görə, “Fələstinin müstəqilliyini tanıması Ermənistanın terrorçulara, HAMAS qatillərinə və buradakı digər qruplaşmalara mükafatıdır”.
“Bu addım uzunmüddətli perspektivdə İsrail-Ermənistan münasibətlərinə ciddi təsir göstərəcək”, - o qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin müstəqilliyini rəsmən tanındığı barədə bəyanat yayıb.