İsrailin baş naziri Benjamin Netanyahu Vaşinqtonun Qəzza ilə bağlı diktə etdiyini təkzib edib.
Bu barədə The Times of Israel məlumat yayıb.
Baş nazir Nazirlər Kabinetinin iclasında belə deyib: “İsrail suveren dövlətdir”
Bu gün keçirilən iclasda eyni zamanda nazirlər Baş nazirin məhkəməsini dayandıra bilməsi ilə bağlı da müzakirə aparacaq.
Gündəlikdə İsrailin keçmiş baş naziri Naftali Bennettin yenidən siyasətdə yüksək vəzifə, xüsusilə baş nazir postu uğrunda mübarizəyə qoşulma ehtimalı barədə də müzakirələr nəzərdə tutulub.
Gözlənilir ki, İsraildə nazirlər elə qanun layihələrini müzakirəyə çıxaracaq ki, bu layihələr, Baş nazir Benjamin Netanyahunun məhkəmə prosesini dayandıra və Naftali Bennettin gələcək seçkilərdə namizəd kimi iştirakını çətinləşdirə və ya məhdudlaşdıra bilər.
Məlumatlara görə, toplantıda “Qırmızı Xaç”ın Qəzzada girovların cəsədlərinin axtarışı da diqqət mərkəzindədir.
.
