İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatları ilə bağlı qanunvericiliyə dəyişikliyin yaya qədər təxirə salınmasına razılaşıb.

Bu barədə "Jerusalem Post" İsrailin sağçı “Otzma Yehudit” partiyasının bu gün yaydığı bəyanatına istinadən məlumat yayıb.

Qeyd edək ki, Netanyahu hökumətinin təklif etdiyi məhkəmə islahatları ölkədə böyük etiraz dalğasına səbəb olub.

.