
Sami Yusuf böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində məşhur "Nəsimi" layihəsini təqdim edib.
Dünya şöhrətli azərbaycanlı ifaçı "Sığmazam” qəzəlinə özü yeni musiqi bəstələyib və onu özünəməxsus şəkildə ifa edib.
Əməkdar artist Təyyar Bayramov və Aşıq Samirə mahnının muğam hissəsini səsləndiriblər.
Simfonik orkestrin və xorun müşayiətilə səslənən "Sığmazam" əsəri olduqca möhtəşəm alınıb.
"Nəsimi” adlandırılan ifa Sami Yusufun 1,1 milyon izləyicisinin olduğu rəsmi "Youtube” kanalına yerləşdirilib.