Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765 manat dəyərində təhlükəsizlik kamerasının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən edilərək saxlanılıb.

Rayon ərazisində yerləşən mağazaların birindən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Ə.Kərimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

.