Nepalın paytaxtı Katmanduda "Saurya Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.

Yenizaman The Himalayan Times-a istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 11:00 radələrində baş verib. Sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Təyyarədə 19 sərnişin olub, onlardan 18 nəfər ölüb. Qəzanın səbəbi barədə məlumat verilmir.

.