Nepalda radarlardan itdiyi deyilən "Fishtail Air” hava şirkətinə məxsus helikopterin qəzaya uğradığı bəlli olub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qəza zamanı 9N-AKA tipli helikopterdə olan 7 nəfərin hamısı dünyasını dəyişib.
Sərnişinlər arasında 5 günlük körpə də olub. O anası ilə birgə müalicə üçün Katmanduya gedirmiş.
