Nensi Pelosi Ermənistana səfər edəcəyini təsdiqləyib

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcəyi xəbərini təsdiqləyib.

TASS xəbər verir ki, bu barədə Pelosi Almaniyada G7 ölkələrinin parlament sədrlərinin iclası çərçivəsində mətbuat konfransında deyib.
O, bu səfərin artıq ictimailəşməsindən xəbərsiz olduğunu bildirib.

"Mən səfər planlarımın artıq ictimaiyyətə açıqlanmış olmasından xəbərsiz idim. Sabah Ermənistana səfər edəcəyəm", o bildirib.

O qeyd edib ki, Ermənistan tərəfdən səfərlə bağlı dəvət xeyli müddət əvvəl alınıb. Pelosi ilə birlikdə Ermənistana Nümayəndələr Palatasının Demokratlar partiyasının Kaliforniya ştatından üzvü Ceksi Spir də səfər edəcək.

.