Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barelinin qiyməti 0,60 dollar ucuzlaşaraq 58,53 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında isə "Brent” markalı neftin bir barelinin qiyməti 0,56 dollar azalaraq 62,75 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AZƏRTAC-a verilən məlumata görə, "AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 0,2 dollar ucuzlaşaraq 62,45 dollar təşkil edib.

.