Dünya əmtəə birjalarında neftin qiyməti cüzi artıb.
Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin qiyməti 0,04 ABŞ dolları və ya 0,07% artaraq 1 barel üçün 60,12 ABŞ dollarına yüksəlib.
Londonun ICE birjasında Brent markalı neft isə 0,03 ABŞ dolları və ya 0,05% bahalaşaraq 63,78 ABŞ dolları səviyyəsində formalaşıb.
Qiymətlərdəki artım bazarda tələb gözləntilərinin sabit qalması və qlobal hasilatla bağlı qeyri-müəyyənliklərlə izah olunur.
.
