Xəzərdə itkin düşən neftçi orta yaşlı qazmaçı olub. 

"BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı AzNews.az - bildirib ki, şəxsiyyəti ailəsi tərəfindən gizli saxlanılan neftçinin axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.

T. Bayatlının sözlərinə görə, axtarış işlərinin gedişatı barədə neftçinin ailəsinə mütəmadi məlumatlar ötürülür. 

Noyabrın 8-də Xəzər dənizində Günəşli platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. 

.