Vətəndaşın bank kartından 2000 manat pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 13-də Neftçala rayon sakininin bank kartından 2000 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Samux rayon sakini Kristina Miraşiçenko müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
.