2003-cü ildən 30 iyun 2015-ci ilə kimi Dövlət Neft Fondundan büdcəyə 59 mlrd 333,6 mln manat ayrılıb. Bu barədə Fondun saytı məlumat verir.

Dövlət Neft Fondunun məlumatına görə, 2003-2014-cü illərdə dövlət büdcəsi 55 mlrd 531,5 mln manat neft pulu mənimsəyib. 2015-ci ilin I yarısında Dövlət Neft Fondundan büdcəyə 3 mlrd 802,1 mln manat transfert edilib.
Xatırladaq ki, ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər edir.
2013-cü ildə dövlət büdcəsinə transfertlər 11,35 mlrd manat, 2014-cü ildə 9, 337 mlrd manat olub. Bu il bu göstərici 10,388 mlrd manat planlaşdırılıb.
Fevralda manatı devalvasiyası ilə hökumət Müəyyən müddətə Fondun aktivlərinin azalmasının qarşısını alıb.
.