NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində görüş keçirilib.

Brüsseldə NATO-nun mənzil qərargahında keçirilən görüşə Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da qatılıb.

Görüşdə Baş Qərargah rəisləri Əfqanıstanda təhlükəsizlik şəraiti, NATO-nun "Qətiyyətli Dəstək” missiyasının gedişatı və əməliyyat şəraitində dəyişikliklər, habelə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçirilməsi üçün əsas səylər nəzərdən keçirilib.
.