İyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə tədbir keçiriləcək.

Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçiriləcək konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən Azərbaycan parlamentinin deputatları, Türkiyənin dövlət rəsmiləri, hər iki ölkənin partiya nümayəndələri iştirak edəcək.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.

Daha sonra Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələr keçiriləcək.

.