Şamaxı rayon A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində direktorun özbaşnalığı və qeyri-qanuni əməlləri dayanmadan davam edir. Məktəbdə baş verən neqativ hallar valideynlər, müəllimlər və şagirdlər tərəfindən narahatlıqla qarşılanır.

Direktor Gülnurə Babaşova 2023-2024 ci ildə məktəbi bitirən məzunlara atestatı 20 manata müqabilində verdi. Bu il məzun olanlara da artıq mesajlar ötürülür. Məktəbin psixoloquna 3 ildi sinif rəhbərliyi həvalə edib. Məktəbdə olan dərnək, fakultətiv məşqələlər öz adamlarındadır. Bu cür hallar məktəbdə maddi təzyiqin artmasına və direktorun qanunsuz fəaliyyətindən xəbər verir.

Məktəbdə şagirdlərin qiymətləndirilməsinə şəxsən özü nəzarət edir. İstədiyi vaxt jurnalda qiymətləri pozub dəyişir, istəyəndə dərsə gəlməyən şagirdə qiymət yazdırır. IX a sinif şagirdi Rəhimova Nigar məktəbə demək olar ki, ümumiyyətlə gəlmədiyi halda ona qiymətlər yazdırır. Qiyməti yazmayan müəllimləri isə incidilir və mənfi rəftarlara qarşılaşır.

Direktorun bacısı Vahidova Vəfa dərs saatlarına laqeyd yanaşır 30 saat dərs yükü olmasına baxmayaraq, dərs saatlarına riayət etmir və daim bacısının otağında olur. Bu hal məktəbdə yoxlama keçirən rəsmilər tərəfindən qeydə alınsada, heç bir tədbir görülməyib.

Məktəbin direktoru Gülnurə Babaşova XIa və XIb siniflərinə Azərbaycan dili və ədəbiyyat dərslərini keçməsinə baxmayaraq, dərs saatlarına vaxtında riayət etmir. Keçirilməli olan kiçik summativ qiymətləndirmələr (KSQ) yoxlama gələcək deyə, bir gündə 7 summativ qiymətləndirmə keçirməklə şagirdlərə süniləşdirilmiş qiymətləndirmə aparır.

2023-2024 cil tədris ilində Qarabağ müharibəsi veteranı qazi Fəraiz Salahov dərsə gəlməyən şagirdə qayıblar yazmış, lakin məktəb direktoru Gülnurə Babaşova qayıbları pozaraq qiymət yazmışdır.
Bu kimi hallarla bağlı aidiyyəti qurumların təcili əlaqədar tədbir görməsini xahiş edirik. Məktəbdə təhsilin keyfiyyətinin qorunması və sağlam tədris mühitinin yaradılması üçün bu cür neqativ hallara son qoyulmalıdır. Dərs jurnallarında apardığı bəzi “Əl işlərini” təqdim edirəm.

   

.