NATO ölkələri Asiyaya daxil olaraq Rusiya və Çin sərhədlərinin bütün ərazisi boyunca gərginlik nöqtələri yaradır.

Bunu Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov “Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq” konfransında deyib.

“Söhbət NATO-nun Asiyaya daxil olmasından, müvafiq olaraq, Rusiya və Çin sərhədlərinin bütün perimetri boyunca problemli nöqtələrin yaradılmasından, “Soyuq Müharibə”dən sonra Asiyada mövcud olan regional təhlükəsizlik sistemini tam balansızlaşdıran növbəti silahlanma yarışının başlanmasından gedir”, - deyə rusiyalı diplomat bildirib.

.