Dünyanın ən zəngin şəxslərindən biri İlon Mask “Mançester Yunayted”in yeni sahibi ola bilər.

Ötən ilin noyabrında 2005-ci ildən “Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Bildirilir ki, “SpaceX”in təsisçisi klubun satışı ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Məlumata görə, “Mançester Yunayted” üçün təklifin son tarixi fevralın 17-nə təyin edilib.

Xatrladaq ki, keçən ilin avqustunda Mask artıq “Mançester Yunayted”i almaq niyyətində olduğunu bildirsə də, sonradan öz açıqlamasını zarafat adlandırmışdı.

.