“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının yeni mövsümü başladı. Yeni mövsümdə 3 divizionun – Bakı, Regional və Tələbə divizionlarını təmsil edən yarış hər həftənin bazar günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq.
Qaydalara görə il əzrində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Bilik” Kuboku, 2-ci mövsümdə isə “Nar” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.
Hazırki mövsümdə “Bilik” kubokunu qazanan komanda ötən mövsümün qalibi olan “Nar” komandası ilə Breyn Rinq üzrə 2022-ci ilin Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.
