Yeni geosiyasi şərait Azərbaycan üçün kommunikasiya layihələri ilə bağlı bəzi üstünlüklər yaradıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Eyni zamanda, xüsusən kommunikasiya layihələri ilə bağlı bəzi üstünlüklər olub. Azərbaycan uzun illər boyu müasir nəqliyyat, logistika və infrastrukturun yaradılmasına sərmayə qoyub. İndi Azərbaycan ərazisindən keçməklə Mərkəzi Asiyadan Avropaya yükdaşımaların istiqamətinin dəyişdirilməsi əlavə imkanlar yaradır”.

Prezident: "Azərbaycan və Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir"

Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda söyləyib.

Dövlətimizin başçısı deyib: “Biz hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümid edirik ki, tezliklə bu işi yekunlaşdıra biləcəyik. Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər.

.