Rusiya FTB və İstintaq Komitəsi Tatarskinin qətlində iştirak edən digər şəxsi müəyyən edib.

TASS xəbər verir ki, bu barədə Rusiya Federal Təhqiqat Bürosunun (FTB) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, həmin şəxs Ukrayna vətəndaşı Yuri Denisovdur: “İlkin istintaq zamanı müəyyən edilib ki, Maksim Fominin (Vladlen Tatarski kimi tanınır – red.) qətlində Daria Trepova ilə birlikdə Ukrayna təxribat-terror qruplaşmasının üzvü, Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Yuri Denisov da iştirak edib.

Denisov təcili çatdırılma xidməti vasitəsilə, partlayış baş verən gün Moskvada hərbi komissara gips büst altında kamuflyaj edilmiş partlayıcı qurğu ötürüb”.

Qeyd olunub ki, aprelin 3-də baş verən terror aktından sonra Denisov Rusiyadan tranzit olaraq Ermənistan ərazisindən Türkiyəyə uçub.

Hazırda Denisovun beynəlxalq axtarışa verilməsi ilə bağlı prosesə başlanılıb.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqda hərbi müxbir Vladlen Tatarskinin ad günü mərasimi zamanı partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

.