Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb.

Nazirlikdən sorğusuna cavab olaraq bildirilib ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.
.