Fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində baş verən zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, hazırda həmin rayonların sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilir.
.