Təhsil Nazirliyi universitetlərdə bayram tətilindən sonra ənənəvi tədrisin bərpa olunmaması məsələsinə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) ənənəvi tədris bərpa olunub.

Təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılır. Bəzi ali təhsil müəssisələrində isə praktiki məşğələlər artıq yekunlaşıb.  

.