Biləsuvar rayonunun 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Yenizaman-ın məlumatına görə, rayon ərazisində yerləşən “Ovçubərə” qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatı işlər yekunlaşana qədər dayandırılıb.

Qurum abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.

.