Azərbaycanda həyati vacib və təcili hallarda istifadə olunan dərman preparatlarının siyahısı açıqlanıb.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, siyahıda 305 adda dərman vasitəsinin adı əks olunub. Siyahıya müxtəlif tabletlər, kremlər, məlhəmlər, inyeksiya üçün məhlul, göz-burun damcıları, kapsul və digər dərman vasitələri daxildir.
305 adda dərman preparatından 115-i pərakəndə aptek şəbəkəsində mövcudluğu məcburi olan dərman preparatlarıdır (beynəlxalq patentləşdirilməmiş ad altında).
Həmin dərmanların siyahısı ilə bu linkdən tanış olun: http://pharma.az/az/pages/id:64
.
